Korluq – Jose Saramaqo

İnsanların nələr edib etməyəcəyi əvvəlcədən bilinməz. Gözləmək, zamana zaman vermək lazımdır. Hər şeyə hakim olan zamandır. Zaman qumar masasında qarşımızda oturan digər qumarbazdır və bütün kartlar onun əlindədir.Biz isə ancaq həyat qarşılığında o masada bir şeylər qazanırıq, öz həyatımızın qarşılığında. Continue reading Korluq – Jose Saramaqo

Dəmir Daban – Jack London

The_Iron_HeelMarksizmin ən yalın şəkildə oxuna bilinəcəyi, son dərəcə axıcı və bilgiləndirici bir romandır. Kitabda Ernestin səylərinə baxmayaraq heç cürə təşkilatlanıb birlik ola bilməyən və buna görə də üst sinfin dəmir dabanı(dəmir, fabrikadakı dəmir texnologiyaya işarədir) altında qalaraq əzilən işçi sinfinin mübarizəsindən bəhs edilir. Continue reading Dəmir Daban – Jack London

Yol – Jack London

cek1Əsərin original adı “The Road” olsa da mövzu etibariylə Türkiyə türkçəsinə “Açlar Ordusu” və ya “Demiryolu Serserileri” olaraq tərcümə olunmuşdur. Londonun xatirələrindən ibarət olan və dəqiq biyoqrafik olması bilinən üç əsərindən biridir. 40 illik həyatında həyəcan və macəralar əksik olmayan London, əsərdə uzun bir müddət aralarında yer aldığı dilənçi və avara “ordusu”ndan bəhs edir.  1800’lərin sonunda yaşanan kriz, işsizliyin  Amerikada yaratdığı ac insanlar daima hərəkət halındadır. Continue reading Yol – Jack London

Lev Tolstoy – İvan İlyiçin Ölümü

İnsan, yaradılışından ötrü ətrafında olan kəslər tərəfindən dəyərli, faydalı görünməyi arzu edir. Sevməyi, sevilməyi və ən əsası ailə səadəti və rahatlığı istəyir. Əsərimizin baş qəhrəmanı İvan İlyiç isə yuxarıda sadaladıqlarımzın həsrətində olan biridir desək yanılmarıq. Fikrimcə əsəri  oxuyanlar real həyatdan ayrılmasalar da artıq bir dəfə ölümün dadına baxıblar. Continue reading Lev Tolstoy – İvan İlyiçin Ölümü

İvan Alekseyeviç Qonçarov – Oblomov

Rus ədəbiyyatının ən böyük əsərlərindən sayılan “Oblomov” romanı ilk dəfə 1849-cu ildə İvan Qonçarov tərəfindən, ümumi əsərin sadəcə bir bölümü olan “Oblomovun Yuxusu” bir jurnalda dərc olunur. Ancaq əsər çox uzun fasilədən sonra 1858-ci ilin qışında, sadəcə bir aylıq bir çalışma ilə tamamlanır və 1859-cu ildə “Oteçestvenniye Zapiski” jurnalının ilk dörd sayısında çap olunmuşdur. Qonçarov əsərin bir ayda tamamlanmasını isə belə açıqlayır: “Bu böyük romanın bir ay içərisində yazılması mümkünsüz kimi görünür. Ancaq unutmayın ki, bu əsəri illərcə beynimdə daşıdım və onu ancaq kağıza köçürmək qalmışdı”. Continue reading İvan Alekseyeviç Qonçarov – Oblomov